Çin hakimiyyəti Tokioya ABŞ-ın tarif siyasətinə qarşı səyləri əlaqələndirməyi təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, bu məzmunlu məktub Çin Dövlət Şurasının baş naziri Li Çyandan Yaponiyanın baş naziri Şiqeru İşibaya göndərilib. Tokio Vaşinqtonun müttəfiqi olduğu üçün Pekinin təklifinə ehtiyatla cavab vermək niyyətindədir.
Aprelin 1-də Çin, Yaponiya və Cənubi Koreya ABŞ-ın ticarət məhdudiyyətlərinə qarşı birgə mübarizə aparmaq və elektron komponentlərin qarşılıqlı tədarükünü gücləndirmək barədə razılığa gəliblər. Müqavilələrə əsasən, Çin Yaponiya və Cənubi Koreya istehsalçılarından mikroçiplər almaq niyyətindədir.