La Liqanın yeni tarixi təsdiqləndibackend

La Liqanın yeni tarixi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Futbol Federasiyası (RFEF) La Liqada cümə və bazar ertəsi günləri oyun keçirilməsinə icazə verib.

NOCOMMENT.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu addım koronavirus səbəbindən yarımçıq dayandırılmış çempionatı başa çatdırmaq məqsədilə atılıb.

Açıqlamada bildirilib ki, La Liqa bərpa olunduğu vaxtdan cari mövsümün sonunadək qarşılaşmalar sözügedən günlərdə təşkil oluna biləcək.

Qeyd edək ki, İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.
Report