Laboratoriyadan süfrəyə: Süni toyuq ətinə təsdiqbackend

Laboratoriyadan süfrəyə: Süni toyuq ətinə təsdiq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da iki şirkət tərəfindən laboratoriyada birbaşa heyvan hüceyrələrindən istehsal edilən toyuq əti ABŞ Kənd Təsərrüfatı Departamenti tərəfindən təsdiqlənib.

NOCOMMENT.az xəbər verir ki, “Upside Foods” və “Good Meat” şirkətləri laboratoriyada yetişdirilən ətləri satmaq üçün ABŞ Kənd Təsərrüfatı Departamentindən son icazə aldıqlarını açıqlayıb.

Sözügedən təsdiqdə istehsal edilən süni toyuq ətinin artıq Amerika istehlakçılarına satıla biləcəyini ifadə edilib, ətin isə yemək üçün təhlükəsiz olduğu bildirilib.

Qeyd edək ki, ABŞ Sinqapurdan sonra hüceyrə istehsalı olan ətin satışına icazə verən ikinci ölkə oldu.

NOCOMMENT.AZ