Laçın dəhlizi başımızı hələ çox ağrıdacaqbackend

Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti ötən həftə Brüsseldə demişdi ki, Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq və Azərbaycan sərhəd, gömrük xidmətini Laçın istiqamətində yerləşdirəcək.

Dünən xəbər yayılıb ki, Fransa prezidentliyinə namizəd Valeri Pekress Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib. Belə çıxır ki, rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil.

NOCOMMENT xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu modern.az-a bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Valeri Pekressi arzuolunmaz şəxs elan edə bilər.

Ancaq bu, çıxış yolu deyil: “Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekress kimi şəxslər Azərbaycanın icazəsi almadan ərazimizə daxil olub erməni separatçıları görüşə bilməsinlər. Əks halda Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq”.

E.Şahinoğlunun sözlərinə görə, Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və digərləri də Azərbaycana qanunsuz daxil olacaqlar: “Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara dəftərindəki” isimlərin sayı artsın və bununla müxtəli dövlətlərlə münasibətlərdə gərginliklər yaşayaq. Birdən həmin o Pekress Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır.

Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”.