Laçın dəhlizi məsələni qısa müddətdə həll etməliyikbackend

Laçın dəhlizi məsələni qısa müddətdə həll etməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında vasitəçilərin sayı artıb. İki ölkə arasında əsas vasitəçi və moderator rolunda Rusiya çıxış edir. Bu ölkənin vasitəçiliyi ilə bir il ərzində iki ortaq bəyanat və açıqlama qəbul olunub. Avropa İttifaqı da prosesə qoşulub və birliyin rəhbəri adından bəyanat yayınlanıb. Qatara gecikmək istəməyən Fransa prezidenti Emmanuel Makron da Brüsseldə ikən hiyləgər gediş edərək kameraların qarşısında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla qısa fikir mübadiləsi aparıb və bununla ölkəsinin də Cənubi Qafqazda var olduğunu göstərməyə çalışıb. Bu arada, Brüsseldə bircə Minsk Qrupu həmsədrləri görsənməyiblər. Bu bizə lazım deyildi”.

NOCOMMENT.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq xatırladıb ki, İrəvana qayıdan Nikol Paşinyan hökumətin iclasında İlham Əliyevlə razılaşmalardan danışıb:

“Birincisi, dəmiryolunun çəkilişi sürətlənəcək, ikincisi liderlər görüşlərini intensivləşdirəcəklər. Faydalı gedişatdır. Buna rəğmən, ermənilər Laçın dəhliziylə bağlı haray-həşir salıblar. Çünki İrəvan bizə Zəngəzurda maneəsiz keçid vermədi və anlayırlar ki, bunun qarşılığında Azərbaycan da Laçın istiqaməıtində maneəsiz keçidin qarşısını almağa çalışacaq”.

“Biz bu məsələni qısa müddətdə həll etməliyik. Bizə müxtəlif istiqamətlərdən mane olmağa çalışacaqlar. Ancaq Laçın istiqamətində sərhəd və gömrük xidməti təsis etməkdən başqa alternativimiz yoxdur. Zəngəzurda dəhliz olmadığına görə Laçından yan keçən dəhlizin tikintisi bəndindən də imtina etməliyik”, – deyə E.Şahinoğlu qeyd edib.