Laçın dəhlizi məsələsi 1 il ərzində həll olunacaq – ŞOK AÇIQLAMAbackend

Laçın dəhlizi məsələsi 1 il ərzində həll olunacaq – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi və Azərbaycanın möhtəşəm qələbəsi dosta sevinc, düşmənə isə göz dağı verdi. Şanlı qələbə ilə Azərbaycan öz gücünə güc qatdı, torpaqlarımız işğaldan azad edildi. Lakin qələbə sevinci bununla da tamamlanmadı. Sərhədlərin müəyyənləşməsi ilə tarixi Azərbaycan torpaqları olan Zəngəzur və Gorusun müəyyən əraziləri də Azərbaycanın nəzarətinə keçdi. 10 noyabr bəyanatında nəzərdə tutulan bəzi məsələlərin həllini tapması üçün müəyyən zaman kəsiyinə ehtiyac olsa da, bəziləri Laçın dəhlizində Rusiya sülhməramlılarının keşik çəkməsini, orada Azərbaycan sərhədçisinin olmamasını əsas gətirərək, tarixi qələbəyə kölgə salmaq istəyirlər.

NOCOMMENT.az xəbər verir ki, mövzunu şərh edən politoloq Əziz Əlibəyli bir sıra vacib məqamları diqqətə çatdırıb.

Politoloq bildirib ki, Laçın dəhlizi məsələsinin təyinatını 10 noyabr razılaşması həll edib:

“Hələ dekabr ayının 1-də ölkə başçısı İlham Əliyev Laçın dəhlizi ilə bağlı danışarkən bildirdi ki, yeni yol inşa olunacaq və dəhliz şəhərdən keçməyəcək. Hazırda yol Laçın şəhərindən keçir. Bu da Ermənistanla orada yaşayan ermənilərin əlaqəsinə görədir. Məsələ ondan ibarətdir ki, yeni dəhlizin inşası 3 il müddətinə nəzərdə tutulur. Amma Azərbaycan tərəfi bu məsələnin daha tez həll olunmasını ümumi razılaşmalara daxil edib. Prezidentin də açıqlamasına istinad etsək, bu iddianı səsləndirə bilərik ki, Laçın məsələsi 1 il ərzində öz həllini tapacaq”.

Əziz Əlibəylinin sözlərinə görə, Dağlıq Qarabağdakı digər məsələlər zaman –zaman həll ediləcək. Öncə sərhədlərin müəyyənləşdirilməsi baş verdi, daha sonra digər ciddi məsələlər öz həllini tapacaq.
Konkret.az