Laçın dəhlizində Azərbaycan postu: Ermənilər necə yoxlanılacaq?backend

Laçın dəhlizində Azərbaycan postu: Ermənilər necə yoxlanılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər heç bir razılaşmaya əməl etmir, Rusiya sülhməramlıları da öz funksiyasını yerinə yetirmir. Ona görə də Azərbaycan müəyyən addımlar atmalıdır.

Partiyamız dəfələrlə öz mövqeyini bildirib: Azərbaycan yolunu və formasını tapıb Xankəndiyə daxil olmalı, Xankəndidə Azərbaycan bayrağı dalğalanmalı və orada Azərbaycanın suveren hüquqları bərpa olunmalıdır”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında keçmiş Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı deyib.

O, Laçın dəhlizinin bağlanması ilə yanaşı, həmin yolda Azərbaycanın postlar qurması haqqında tələblərə münasibət bildirib: “Əgər Zəngəzur dəhlizi ilə ermənilər razılaşmırsa və proses uzanırsa, Laçın dəhlizi ilə bağlı konkret addım atılmalıdır. Bu həm Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək, həm də Ermənistandan Qarabağa gətirilən hərbçilər, terrorçular və digər arzuolunmayan qonaqların qarşısını atacaq”.

AzVP rəhbəri hesab edir ki, sərhəddə hərbi post qurulmalıdır: “Hərbçilərlə polisin birgə postu olmalıdır. O cümlədən gömrük yoxlaması və s. Yəni bunların hamısı kompleks şəkildə tətbiq olunmalıdır, lakin ilk növbədə, əraziyə hərbi güc yeridilməlidir. Detallara sonrakı mərhələdə düzəliş vermək olar”.

A.Nağıya görə, dəhlizin bağlanması ilə postun qurulması mahiyyət etibarilə bir-birinə yaxındır: “Laçın yolunda post qurandan sonra o yol ermənilər üçün bağlanacaq. Amma hər halda indi yalnız postun qurulması daha məqsədəuyğundur. Yol tamam bağlanarsa, ermənilər hay-küy salacaq. Beynəlxalq təşkilatların diqqətini ora çəkəcəklər ki, guya “həyat yolu” bağlanıb s. Ona görə də yalnız postun qurulması normal, həm təbliğat, həm də beynəlxalq təşkilatların inandırılması baxımından daha doğru bir yanaşmadır”.