Laçın dəhlizinə alternativ yol bu tarixdə AÇILACAQbackend

Laçın dəhlizinə alternativ yol bu tarixdə AÇILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizinə alternativ yol avqustun 30-da axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. Bildirilib ki, yolu Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlanması işləri başa çatıb.

Məlumatda vurğulanıb ki, Laçın dəhlizinə bitişik Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin sakinləri avqustun 25-dən əvvəl evlərini tərk ediblər. Bu ərazilər dəhlizin marşrutunun dəyişdirilməsi çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılıb.