Laçın polisi azad edilən ərazilərdə silah-sursat aşkarladıbackend

Laçın polisi azad edilən ərazilərdə silah-sursat aşkarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunan Xocavənd rayonu Üçtəpə adlanan ərazidə keçirilən növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 5 ədəd pulemyot, 2 ədəd qumbaraatan, 1 ədəd minaatan qurğusu, 1 ədəd tüfəng, 3 ədəd əl qumbarası, 29 ədəd avtomat darağı, 7 ədəd müxtəlif çaplı mərmi, 4500 ədəd güllə və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.