Laçın şəhərindən yeni görüntülər – VİDEObackend

Laçın şəhərindən yeni görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal dövründə Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti şəhəri tərk edib.

NOCOMMENT xəbər verir ki, bu, report-un Laçına ezam olunmuş əməkdaşlarının dəhlizdən keçən zaman çəkdikləri yeni görüntülərdən məlum olub.

Laçın şəhərində az sayda erməni qalıb. Yol kənarında olan mağazalar, apteklər və digər iaşə obyektləri hazırda bağlıdır.

Laçını tərk edən ermənilər isə evlərin dam örtüyünü, qapı-pəncərələrini söküblər, bəzilərini yandırıb, dağıdıblar.