Laçın yolundan sülhməramlıların 30 maşını keçibbackend

Laçın yolundan sülhməramlıların 30 maşını keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

NOCOMMENT.az xəbər verir ki, səhər saatlarından indiyədək RSK-nə məxsus 30 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

Günün birinci yarsında RSK məxsus avtomobillərin Xankəndindən Laçın istiqamətinə, günün ikinci yarsında isə Laçın istiqamətindən Xankəndinə maneəsiz keçidi müşahidə olunub.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.