Laçında ayı balasının görüntüləri marağa səbəb olub.
NOCOMMENT.az ajans.az-a istinadən xəbər verir ki, Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib.
Kadrlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik qaydaları nəzərə alınaraq çəkilib.