Laçında hələ də ermənilər yaşayırlar…backend

Laçında hələ də ermənilər yaşayırlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
  • “Hazırda Laçında heç bir ictimai nəqliyyat yoxdur, aptek və xəstəxanalar, məktəblər, uşaq bağçaları və digər təşkilatlar da işləmir. Ancaq şəhərdə elektrik, su təchizatı və mobil və internet əlaqəsi var. Və bunlar Laçında qalan ermənilər üçün pulsuzdur…”

NOCOMMENT moderator.az-a istinadən xəbər verir ki, Rusiya mediasında Laçın dəhlizi barədə hazırlanmış növbəti reportajda belə deyilir.

“Müharibədən əvvəl Laçın şəhərində təxminən 2200 erməni yaşayıb. Döyüşlər bitdikdən sonra isə yalnız 150 nəfər və ya 70 erməni ailəsi geri dönüb. Şəhərdə banklar və bankomatlar da işləmir. Qida və digər malların satıldığı yalnız iki pərakəndə satış məntəqəsi var. Laçında 3-4 “Artsax” polisi də fəaliyyət göstərir. Lakin hər şey əsasən Rusiya sülhməramlıları tərəfindən idarə olunur. Laçındakı xəstəxana binası da sülhməramlılara təhvil verilib. Şəhərdə heç bir məktəb işləmədiyindən 11 erməni uşağı hər gün Ermənistanla sərhəddə yerləşən Zabux kəndindəki Qaregin Njde adına məktəbə gedib-gəlir”, – bu məlumatları Rusiya müxbirinə qondarma Kaşataq rayonunun başçısı Muşeq Alaverdyan və Laçında hələ də sülənən digər ermənilər veriblər.

Bəzi ermənilər deyir ki, Laçın bizim vətənimizdir və biz buradan heç yana gedən deyilik. Hətta Ermənistan hökumətindən qalan 2000-ə yaxın erməninin də şəhərə qayıtması üçün şərait yaradılmasını tələb edənlər olub.