Laçında minaya düşən işçinin vəziyyəti stabildirbackend

Laçında minaya düşən işçinin vəziyyəti stabildir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 21-də, Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Mahir Əbilovun vəziyyəti stabildir.

“Azərişıq”dan NOCOMMENT-ə verilən məlumata görə, hadisədən dərhal sonar M.Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb: “Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.