Laçında “od tutan” qiymətlər: Çay 20, kabab 10 manat – VİDEObackend

Laçında “od tutan” qiymətlər: Çay 20, kabab 10 manat – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə Laçın rayonuna köçürülən insanların orada rahat yaşayışı üçün yetərincə şərait olmadığı haqda fikirlər səslənir.

Hətta bu səbəbdən köç edənlərdən yenidən Bakıya qayıdanların olduğu da deyilir. Qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərdə ictimai-iaşə müəssisələri və marketlərdə qiymətlər həddindən artıq bahadır.

Bu məlumatlar nə dərəcədə əsaslıdır? İşğal olunan ərazilərdə “qaz vurub qazan doldurmaq” istəyən fürsətcillər kimlərdir?

NOCOMMENT.az bakupost.az-a istinadən bildirir ki, bu və digər suallara aydınlıq gətirmək üçün Laçın rayonu, Mişni kənd sakini Arif Gürşadoğlu müsahibə verib.

Müsahibimiz bildirib ki, həqiqətən də Laçına köçürülən 300 ailədən bir qismi şəraitsizlik ucbatındna geri qayıdıb:

“Əhalinin işlə təminatı məsələsi ilə bağlı problemlər var. Eyni zamanda yerli sakinlərə təsərrüfatla məşğul olmağa icazə verilmir. Təsəvvür edin, kimsə çörək almaq üçün şəhərin bu başından o başına getmək üçün taksiyə 5 manat pul ödəməyə məcburdur. Mağazalarda, çayxana və kafelərdə qiymətlər həddindən artıq yüksəkdir. Bakıda 5-6 manata satılan bir şiş kabab Laçında 10 manata satılır”.

A.Gürşadoğlu Laçında yaşayış evlərinin bərpası məsələsindən də narazılıq edib. Onun sözlərinə görə, Laçın şəhidlərinin evlərinin bərpası məsələsi yubadılır. Eyni zamanda evlər bərpa olunan zaman qonşuların əraziləri zəbt olunur ki, bu da gələcəkdə ciddi problemlərə səbəb olacaq:

“Bu işlərlə məşğul olanlar sanki qarşılarına məqsəd qoyublar ki, Laçına qayıdış baş tutmasın”.

Ətraflı videomüsahibədə: