Lada Niva elektrik avtomobilinə çevrilə bilərbackend

Lada Niva elektrik avtomobilinə çevrilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “AvtoVAZ” şirkəti Lada Niva Travel platformasında elektromobil buraxa bilər. Bu barədə şirkətin mühəndislik üzrə vitse-prezidenti Yevgeni Şmelev Sankt-Peterburqda keçirilən Barcamp 2023 konfransında danışıb.

Şmelevin sözlərinə görə, “AvtoVAZ” potensial olaraq Vesta, Niva və Largus da daxil olmaqla, əsas platformalarında bir sıra elektrik avtomobilləri təklif etməyə hazırdır.

Güman edilir ki, dövlət yerliləşdirmə səviyyəsindən asılı olaraq elektromobilləri subsidiyalarla təmin edərsə, “AvtoVAZ” belə modelləri təklif edə bilər. Nəşr qeyd edir ki, bunun sayəsində şirkət yerli komponentlərdən dərhal istifadənin yüksək səviyyəsinə çata bilər.

AvtoVAZ-da artıq Vesta əsasında elektromobilin prototipi var. Hazırda şirkət e-Largus elektrik modeli üzərində işləyir, onun istehsalı İjevskdəki avtomobil zavodunun müəssisələrində qurulacaq. İlk pilot partiyanın 2023-cü ilin sonunda buraxılması planlaşdırılır, seriyaya 2024-cü ildə buraxılması planlaşdırılır.