Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olubbackend

Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya millisinin üzvü Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, futbolçu bunu ötən gün Millətlər Liqasının 1/4 finalında Niderlanda qarşı cavab matçında reallaşdırıb.

Penaltilər seriyasına qədər uzanan matçın 103-cü dəqiqəsində fərqlənən futbolçu tarixə düşüb. Qarşılaşma zamanı L.Yamal, 17 yaş 258 günlük olub.

Qeyd edək ki, bundan əvvəlki rekord İspaniya yığmasının digər futbolçusu Qaviyə məxsus idi – 17 il 304 gün. O, 2022-ci ildə Çexiyaya qarşı matçda fərqlənməklə UEFA Millət Liqası tarixində qol vurmuş ən gənc futbolçu olmuşdu.