Laos hökuməti xüsusi komitənin yaradılması haqqında qərar qəbul edibbackend

Laos hökuməti xüsusi komitənin yaradılması haqqında qərar qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laos hökuməti ölkədə qiymət artımı və inflyasiyanın araşdırılıması, eləcə də aradan qaldırılması üçün xüsusi komitənin yaradılması haqqında qərar qəbul edib.

NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laos milli televiziyasının məlumatına görə, 16 nəfərdən ibarət komitəyə ölkənin Sosial və İqtisadi Elmlər Akademiyasının prezidenti Konqkeo Xaysongkham rəhbərlik edəcək.

Məlumatda qeyd olunub ki, komitənin yaradılması Laos hökumətinin qlobal iqtisadi vəziyyətin mənfi təsirlərinə qarşı mübarizə səylərinin bir hissəsidir. Bu addım mövcud inflyasiyanı aradan qaldırmaq və sabit, dayanıqlı iqtisadi inkişaf üçün zəmin yaratmaq məqsədi daşıyır.

Bundan əlavə, komitə iqtisadi vəziyyəti təhlil edəcək, qiymətlərin sabitləşdirilməsi və inflyasiyaya nəzarətin effektiv yollarını təklif edəcək.