Lapşin Qarabağa gəldiyini təkzib etdi: +30 dərəcədə sviter və isti pencəklə?backend

Lapşin Qarabağa gəldiyini təkzib etdi: +30 dərəcədə sviter və isti pencəklə?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəhudi əsilli tanınmış bloger Aleksandr Lapşin bu günlərdə Qarabağa gəldiyi barədə bəzi Azərbaycan saytlarında və Facebook-un Azərbaycan seqmentində dərc edilmiş məlumatları təkzib edib.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, A.Lapşin onun qış geyimində olan köhnə şəklindən informasiya düzəldib yazanları qeyri-peşəkar adlandırıb.

Lapşin bildirib ki, 2022-ci il fevralın 25-də də eyni şəkillə onun Qarabağa səfər etdiyi barədə xəbər yayılmışdı.

“Budəfəki yazıda da mənim sviter və isti pencəklə olan eyni şəklimi verib yenidən Qarabağda getdiyimi və bu fotonun təzə çəkildiyini yazıblar. Amma Qarabağda indi +30 dərəcədir. Nəsə şəkillə xəbər üst-üstə düşmür”,-deyə yəhudi bloger ironiya ilə bildirib.

Qeyd edək ki, A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

Məhz buna görə də o, 2017-ci ildə Belarusda tutularaq Azərbaycana ekstradisiya olunub və iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əiyev 2017-ci ilin sentyabrında Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Ancaq əfv ediləndən sonra A.Lapşin Azərbaycana qarşı şantaj dolu yazılarına davam edib.

2020-ci ilin payızanda 44 günlük II Qarabağ müharibəsi zamanı da Lapşin Ermənistana canıyananlıq edirdi.

A. Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var.