Latviya, Litva və Estoniya Ukraynaya illik hərbi yardımın məbləği ilə bağlı razılığa gəliblərbackend

Latviya, Litva və Estoniya Ukraynaya illik hərbi yardımın məbləği ilə bağlı razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya, Litva və Estoniyanın müdafiə nazirləri Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım ayırmağa razılaşıblar.

NOCOMMENT.az xəbər verir ki, müvafiq bəyanat Litva Müdafiə Nazirliyinin saytında dərc olunub.

Nazirlər Andris Spruds, Laurinas Kaşyunas və Hanno Pevkur Litvanın Palanqa şəhərində danışıqlar aparıblar. Onlar Ukraynaya hərbi yardıma hər il ÜDM-in ən azı 0,25%-ni ayırmağa, həmçinin birgə silah alışı mexanizmini yaratmağa razılaşıblar.

Litva Müdafiə Nazirliyinin rəhbəri Kaşyunas bildirib ki, Baltikyanı ölkələrlə Ukraynanın həmrəyliyi hər zamankindən daha vacib olmalıdır. Nazirlər həmçinin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək alyansın sammitində NATO-ya üzv ölkələri hər il ÜDM-in ən azı 2,5%-ni müdafiəyə ayırmağa çağıracaqlarını vəd ediblər.