Latviya müsadirə edilmiş 300-ə yaxın avtomobili Ukraynaya təhvil veribbackend

Latviya müsadirə edilmiş 300-ə yaxın avtomobili Ukraynaya təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Latviya sərxoş sürücülərdən müsadirə edilən 300-ə yaxın avtomobili Ukraynaya təhvil verib. 

NOCOMMENT.az “Delfi” portalına ixtinadla məlumat verir ki , bu avtomobillərin ümumi dəyəri 900 min avronu keçib.

Portalın məlumatına görə, “qiyməti 161 880 avro dəyərində olan daha 34 avtomobilin Ukraynaya verilməsinə dair sənədlər” hökumət tərəfindən baxılmaq üçün hazırlanır. Fevralda Seym (Latviya parlamenti) Ukraynanın mülki əhalisinə dəstək haqqında qanuna dövlət tərəfindən ələ keçirilən avtomobillərin pulsuz olaraq Ukrayna hökumətinin mülkiyyətinə verilməsinə icazə verən dəyişiklikləri yekdilliklə qəbul edib.

Noyabrın 15-də Latviyada Rusiya avtomobillərinin sahiblərini müsadirə olunmamaq üçün fevralın 14-dək nəqliyyat vasitəsinin yenidən qeydiyyata alınması prosedurundan keçməli olan qanuna düzəlişlər qüvvəyə minib. Seymin mətbuat xidmətinin məlumatına görə, müsadirə edilən “qeydiyyatdan keçməyən Rusiya avtomobilləri” Ukraynaya təhvil veriləcək.