Latviya prezidenti Edqars Rinkeviç ölkənin şərq sərhədindəki vəziyyəti və Vaqner PMC-nin Belarusda mövcudluğunu müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırdığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rinkeviçsin X sosial şəbəkəsində məlumat paylaşıb.
“Bu gün mən Milli Təhlükəsizlik Şurasının iclasını çağırdım, gündəmdə hibrid müharibə kontekstində cəzalandırma siyasəti, şərq sərhədindəki vəziyyət və Belarusda Vaqner qrupunun mövcudluğu var”, – Rinkeviç yazıb.
Bundan əvvəl ölkə hökuməti bəyan etmişdi ki, Latviya ölkəyə qeyri-qanuni giriş hallarının artması ilə əlaqədar avqustun 11-dən etibarən Belarusla həmsərhəd əyalətlərdə sərhəd nəzarəti rejimini altı ay müddətinə gücləndirəcək. Latviyanın Dövlət Sərhəd Xidməti qeyri-qanuni miqrasiya axınının artması ilə əlaqədar sərhədçilərin əlavə səfərbərliyi və əməkdaşların məzuniyyətdən geri çağırıldığını açıqlayıb.