Latviya XİN: “Baltikyanı ölkələr yaxın gələcəkdə Fələstini tanımayacaq”backend

Latviya XİN: “Baltikyanı ölkələr yaxın gələcəkdə Fələstini tanımayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Baltikyanı ölkələr yaxın gələcəkdə Fələstin dövlətini tanımaq niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Baiba Braje bəyan edib.

Xarici siyasət idarəsinin rəhbəri Varşavada keçirilən Varşava Təhlükəsizlik Forumunun kuluarlarında deyib: “Bizim üç ölkəmiz Fələstini tanımayan 36 dövlət arasındadır və biz ciddi dəyişikliklər baş verməsə, yaxın gələcəkdə bunu etmək niyyətində deyilik”.

Bundan əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstin Dövlətini tanıdıqlarını bəyan ediblər. Bundan başqa, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya da Fələstini tanıyıb. Onların bəyanatlarına görə, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin açarıdır.