Latviyada azərbaycanlı deputat seçilibbackend

Latviyada azərbaycanlı deputat seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyada vilayətlər üzrə keçirilən parlament seçkilərində azərbaycanlı da qalib gəlib.

NOCOMMENT.az xəbər verir ki, 2021-ci il iyunun 5-də keçirilən seçkilərin bu gün açıqlanan nəticələrinə əsasən Latviyanın iri vilayətlərindən olan Valmeriya vilayət Dumasına (parlament) əslən Azərbaycanın Kürdəmir rayonundan olan Vüqar Ecmanis (İbrahimov) yenidən deputat seçilib.

O, Latviya Xristianlar İttifaqı partiyasının namizədi kimi qalib gəlib.

V. Ecmanis “Report”a açıqlamasında bildirib ki, Latviyada torpaq islahatlarından sonra 7 vilayət və 4 şəhər Valmeriya vilayətinə birləşdirilib, 5 iyun seçkiləri də bu birləşmiş Valmeriya üzrə keçirilib.

Qeyd edək ki, 1970-ci ildə Kürdəmirdə doğulan Vüqar Ecmanis 30 ildən çoxdur Latviyada yaşayır. O, bundan əvvəl də Valmeria dumasında kənd təsərrüfatı, nəqliyyat və biznes mühiti komitəsinin rəhbəri olub. Report.az