Lavrov ABŞ-ın Üçüncü Dünya Müharibəsi ilə bağlı mövqeyini şərh edibbackend

Lavrov ABŞ-ın Üçüncü Dünya Müharibəsi ilə bağlı mövqeyini şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ və BRİKS-ə daxil olmayan bəzi digər ölkələr Üçüncü Dünya Müharibəsinin başlamasının yolverilməzliyini tanıyır.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə BRİKS ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin Braziliyada keçirilən görüşündən sonra bildirib.

“Xüsusən də [ABŞ] vitse-prezidenti J.D.Vens bu yaxınlarda bu barədə danışaraq, Ukrayna rejimini müharibəni davam etdirməyə təhrik edənlərin hamısını xəbərdar edib”, – deyə rusiyalı diplomat bildirib.

Eyni zamanda, Lavrov Avropa sülhməramlı kontingentlərinin Ukrayna ərazisinə yerləşdirilməsinin Avropanın Rusiya ilə münaqişəyə cəlb olunmasına gətirib çıxaracağını vurğulayıb.