Lavrov ABŞ-la dialoqun şərtini açıqlayıbbackend

Lavrov ABŞ-la dialoqun şərtini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər ABŞ prezidenti Donald Trampın dövründə Amerika tərəfi Rusiyanın maraqlarını nəzərə alarsa, Moskva ilə Vaşinqton arasında dialoq tədricən bərpa oluna bilər. Bu baş verməsə, vəziyyət olduğu kimi qalacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva və Vaşinqton arasında dialoqun bərpası üçün mümkün şərtlərlə bağlı sualı cavablandırarkən bildirib.

“Əgər amerikalılar bizim maraqlarımızı nəzərə alsalar, dialoq tədricən bərpa olunacaq. “Əks halda hər şey olduğu kimi qalacaq”, – deyə o vurğulayıb.