Lavrov ABŞ və NATO-nu SUÇLADIbackend

Lavrov ABŞ və NATO-nu SUÇLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ və NATO Ukraynadakı münaqişədə bilavasitə müdaxilə etdi”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada təhlükəsizlik məsələlərinə dair mətbuat konfransında bildirib.

Ukrayna məsələsindən tutmuş enerji və ərzaq böhranına qədər bir çox mövzuda fikirlərini ifadə edən Lavrov, xüsusilə Ukraynanı dəstəkləyib və Rusiya neftinin tavan qiymətini təklif edən qərb ölkələrinə reaksiya verib.

Ukraynadakı müharibəyə görə qərb ölkələrinin məsuliyyət daşıdığını və ABŞ və NATO-nun bu münaqişələrdə birbaşa iştirak etdiyini iddia edən Lavrov, “Rusları öldürmək üçün Ukraynaya ölümcül silah göndərməyinizə imkan verən enerji obyektlərinizi sıradan çıxarırıq. Odur ki, ABŞ və NATO-nun bu müharibədə iştirak etmədiyini deməyə ehtiyac yoxdur. Təkcə silah göndərməklə deyil, həm də kadr hazırlığı ilə məşğulsunuz. Sizin torpaqlarda – İngiltərə, Almaniya, İtaliya və başqa ölkələrin torpaqlarında əsgərlər hazırlanır. Yüzlərlə qərbli təlimçilər öz torpaqlarında hərbi təlim keçməkdən əlavə, döyüş meydanında silahdan necə istifadə ediləcəyi ilə bağlı təlimlər də verirlər”, – deyə o bildirib.

Jalə Bədirova

NOCOMMENT.az