Ermənistan münasibətləri normallaşdırmaq üçün Türkiyə tərəfi ilə birbaşa əlaqə qurmaq istəyir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3” platformasının iclasının yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib, İran da ona qoşulub: “Erməni həmkarlar fasilə verdilər. Onlar hesab edirlər ki, indi biz türklərlə birbaşa əlaqə saxlamalıyıq”. Lavrov vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır, ona görə də görüşdə bu məsələləri bütövlükdə müzakirə etmək və cəlb olunmuş ölkələri tezliklə razılığa gəlməyə təşviq etmək təklif olunub.