Lavrov: Avropa ölkələri Rusiyaya qarşı “beynəlxalq həyasızlıq” sərgiləyirbackend

Lavrov: Avropa ölkələri Rusiyaya qarşı “beynəlxalq həyasızlıq” sərgiləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Rusiyaya münasibətini söz oyunu ilə xarakterizə edib. Bu barədə o, Moskvada Mozambikin xarici işlər naziri Mariya Manuela duş Santuş Lukaş ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS yayıb.

Lavrovun sözlərinə görə, “Avropanın az qala qəzəblə dolduğu dövrdə” bir sıra Avropa ölkələri Rusiyaya qarşı “beynəlxalq həyasızlıq” kampaniyasının bir hissəsinə çevrilib.

Nazir bildirib ki, Avropa siyasətçiləri öz xalqlarını daim emosional şəkildə yönləndirir, onlara “Gebbelsin təbliğatı ruhunda” təlqin edirlər ki, guya Rusiya düşməndir, mövcudluq üçün təhlükədir və yaxın zamanda Avropaya hücum edəcək.