Lavrov: Bakı ilə İrəvan arasında sülh müqaviləsi…backend

Lavrov: Bakı ilə İrəvan arasında sülh müqaviləsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə deyib.

“Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıyıq”, – deyə Lavrov bildirib.