Lavrov: Biz bu məsələni müzakirə etməyəcəyikbackend

Lavrov: Biz bu məsələni müzakirə etməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, onlar artıq qoşunların Ukryana sərhədlərindən çəkilməsini deməklə kifayətlənmir, qoşunun kazarmaya qayıtmasını istəyirlər: “ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman mətbuat konfransında məhz bunu açıq-aşkar bildirib. Fikrimcə, bu qətiyyən qəbuledilməzdir. Biz bu məsələni hətta müzakirə belə etməyəcəyik”

Xatırladaq ki, yanvarın 10-da ABŞ-Rusiya, yanvarın 12-də isə NATO-Rusiya Şurasının toplantısı keçirilib. Görüşlərdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olunub.