Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Sergey Lavrov noyabrın 18-də çıxış edəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Rusiya Xarici İşlər Nazirinin noyabrın 18-də qeyri-bərabərlik, aclıq və yoxsulluqla mübarizə mövzularında plenar iclaslarda çıxışı planlaşdırılır… bir sıra ikitərəfli danışıqlar da planlaşdırılır”, – Zaxarova brifinq zamanı aydınlıq gətirib.
Bundan əvvəl Lavrovun Braziliyada keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyi məlum olub.