Oktyabrda Kazanda keçirilən BRİKS sammitinin yekunu üzrə bəyannamə maraqların balansı əsasında razılaşdırılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS beynəlxalq televiziyasına müsahibəsində deyib.
“Biz qarşılıqlı məqbul formulalar axtarırdıq. Bütün məsələlər bu formulalar tapıldı”, – nazir qeyd edib.
Rusiyalı nazirin sözlərinə görə, sammit BRICS-in sürətlə artan nüfuzunu və getdikcə daha çox ölkənin platformaya qoşulmaq istəyini nümayiş etdirdi.