Cəbhə xəttində olan ukraynalıların böyük əksəriyyəti rus dilində danışır.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun gənc fəalları ilə görüşündə deyib.
Nazirin qeyd etdiyi kimi, Ukraynada təhsil, media, mədəniyyət sahəsi və sadəcə olaraq gündəlik həyatda rus dilinin məhv edilməsinə yönəlmiş qanunlar var.
“Baxmayaraq ki, həm də cəbhə xəttində ukraynalıların böyük əksəriyyəti rus dilində danışır, yəni onlar zorla, qəsdən belə bir linqvistik soyqırımı təşkil edirlər” – deyə Lavrov bildirib.