Lavrov Çinə Ukrayna ilə bağlı mövqeyinə görə təşəkkür etdibackend

Lavrov Çinə Ukrayna ilə bağlı mövqeyinə görə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə Ukrayna böhranı ilə bağlı “balanslı” mövqeyinə görə təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Lavrov ilə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui arasında bu gün Moskvada baş tutan görüşlə bağlı qiymətləndirmələr aparılıb.

Lavrov Çinin Ukrayna böhranı ilə bağlı balanslı mövqeyinə görə təşəkkürünü bildirib və Pekinin böhranın həllində müsbət rol oynamağa hazır olduğunu təqdir edib.

O, Ukrayna və Qərb ölkələrini böhranın həllinə maneələr yaratdığına görə tənqid edərək Moskvanın münaqişənin siyasi və diplomatik həllini tapmağa sadiq olduğunu bir daha vurğulayıb.

NOCOMMENT.AZ