Lavrov çinli həmkarı ilə Ukraynanı müzakirə edibbackend

Lavrov çinli həmkarı ilə Ukraynanı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yohannesburqda keçirilən G20 Xarici İşlər Nazirləri Şurası çərçivəsində çinli həmkarı ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici Diplomatik Xidmətinin saytında yerləşdirilən məlumatda deyilir.

“Vanq Yi vurğulayıb ki, Pekin Ukrayna böhranının sülh yolu ilə nizamlanması lehinə təşəbbüsləri irəli sürməklə yanaşı, onun əsas səbəblərini aradan qaldırmağı zəruri hesab edir…”, – deyə məlumatda bildirilir.

Tərəflər həmçinin qlobal və regional problemlər, o cümlədən Avrasiya təhlükəsizliyi, Yaxın Şərqdəki vəziyyət, Asiya-Sakit okean regionu, ABŞ-la münasibətlər ətrafında fikir mübadiləsi aparıblar. Lavrov və Çinin xarici işlər naziri Vanq Yi də Moskvada danışıqlar aparmaq barədə razılığa gəliblər.