Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak edəcəyi Antalyaya gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat verib.
Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparacaq. Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdiyi Almatıdan Türkiyəyə uçub.
Tərəflər beynəlxalq gündəliyin əsas aspektlərini, o cümlədən Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Qara dəniz regionundakı işlərin vəziyyətini müzakirə edəcəklər.