NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbə verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Moskvada ərəb ölkələrinin diplomatik missiyalarının rəhbərləri və Ərəb Dövlətləri Liqasının (ƏDL) nümayəndəsi ilə görüşündə İsraillə Fələstinin Həmas hərəkatı arasında münaqişəni müzakirə edib. Bu barədə Rusiya departamenti öz saytında məlumat yayıb.
Nəşr yazır ki, rusiyalı nazir Moskvanın Qəzza zolağında atəşkəsə yönəlmiş addımlarından danışıb.Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Lavrov Rusiya tərəfinin mülki əhalinin qorunmasını, beynəlxalq humanitar hüquq normalarına riayət olunmasını, humanitar dəhlizlərin açılmasını, Qəzza zolağından təxliyə tədbirlərinin təşkilini və girovların azad edilməsini mümkün qədər tez təmin etmək prinsipial mövqeyini də təsdiqləyib.
“Nazir Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qan tökülməsinin dayandırılması və vəziyyətin siyasi və diplomatik kanala ötürülməsi istiqamətində atdığı addımlar barədə ərəb səfirlərini məlumatlandırıb”, – mesajda deyilir.