Lavrov erməni həmkarı ilə DANIŞDIbackend

Lavrov erməni həmkarı ilə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirləri Sergey Lavrov ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata görə nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələri açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər.

Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb.