Suriyada vəziyyətin sürətlə inkişaf etməsinə ABŞ-ın dağıdıcı addımlarının böyük rol oynadığı keçmiş prezident Bəşər Əsədin ölkədəki sosial problemlərin öhdəsindən gələ bilməməsi səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Artıq deyə bilərik ki, vəziyyətin pisləşməsinin səbəblərindən biri uzun sürən vətəndaş münaqişəsi şəraitində əvvəlki rəhbərliyin əhalinin əsas ehtiyaclarını ödəyə bilməməsi olub”, – Rusiya XİN rəhbəri bildirib.
Lavrov əlavə edib ki, ABŞ-ın hərəkətləri də vəziyyətə təsir edib. Onun sözlərinə görə, Vaşinqton Suriyanın təbii ehtiyatlarla zəngin olan şimal-şərq bölgəsini “səmərəli şəkildə işğal edib”. Nazir qeyd edib ki, ABŞ hökuməti də Dəməşqə sanksiya təzyiqi göstərib.