Lavrov F-16 qırıcılarının NATO bazalarına yerləşdirmək planlarına reaksiya verdibackend

Lavrov F-16 qırıcılarının NATO bazalarına yerləşdirmək planlarına reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri (AFU) üçün nəzərdə tutulan F-16 qırıcılarının NATO ölkələrindəki hava bazalarında yerləşdirilməsi planları təhlükəlidir.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinin efirində deyib.

Diplomat qeyd edib ki, F-16 təyyarələrinin Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsi ilə bağlı müzakirələr ciddi şəkildə aparılır, lakin ölkədə onların istismarı üçün lazım olan aerodromlar yoxdur.

Lavrovun sözlərinə görə, qırıcı təyyarələrə lazımi texniki qulluq göstərmək üçün xüsusi uçuş-enmə zolaqları, avadanlıqlar, həmçinin “onlarla, hətta yüzlərlə mütəxəssis” lazımdır. Belə şərait yalnız NATO-ya üzv dövlətlərin hava bazalarında yaradıla bilər.

“Bu, Ukrayna ilə qonşu olan NATO ölkələrinin ərazisində edilə bilər. Bu təhlükəli düşüncədir. Mən sizə tam məsuliyyətlə deyə bilərəm”, – Lavrov bildirib.