Lavrov Fransa XİN başçısı ilə Qarabağı müzakirə etdibackend

Lavrov Fransa XİN başçısı ilə Qarabağı müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrovla Fransa xarici işlər naziri Jan-İv Le Drian Nyu Yorkda görüşüblər.

NOCOMMENT xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran regional məsələləri, Qarabağdakı vəziyyəti müzakirə ediblər. Onlar Qarabağdakı vəziyyətin stabilləşməsi üçün ATƏT-in Minsk Qrupu formatı çərçivəsində qarşılıqlı fəaliyyətdə maraqlı olduqlarını bildiriblər.