Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon əlaqəsini davam etdirmək barədə razılığa gəldiyini açıqlayıb.
NOCOMMENT.az RBC-ya istinadən xəbər verir ki, Lavrov bu barədə barədə efiopiyalı həmkarı Gedion Timoteosla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Biz harada qaldığımızı və düzgün istiqamətdə necə hərəkət edəcəyimizi daha yaxşı başa düşmək üçün bu telefon əlaqəsini davam etdirməyə razılaşdıq”, – Lavrov deyib.
Lavrov aydınlaşdırıb ki, Rubio ilə söhbəti zamanı o, “indiki ana kimi görünən vəziyyət”lə yanaşı, prezidentlərin Budapeştdə gözlənilən görüşünə hazırlığı müzakirə edib.
Onun fikrincə, əsas məsələ sammitin yeri və ya vaxtı deyil: “Ankoricdə razılaşdırılan və geniş anlaşma əldə edilən vəzifələrin mahiyyəti üzrə necə irəliləyəcəyimizdir”.
CNN-in Rubio ilə görüşünün təxirə salınması ilə bağlı xəbərinə Lavrov belə münasibət bildiib: “Qərbdə bir çox media orqanlarının natəmizliyi yaxşı məlumdur”.
Nazir vurğulayıb ki, ölkəsi Alyaskada Putin-Tramp sammitində əldə olunan “anlaşmalarla müqayisədə” mövqeyini dəyişməyib. Onun fikrincə, bu anlaşmalar Amerika liderinin Ukraynanın “heç bir nəticə verməyəcək təcili atəşkəsə deyil, uzunmüddətli, davamlı sülhə ehtiyacı var” razılaşmasına əsaslanır”.
“Biz bu formulaya tamamilə sadiq qalırıq. Mən dünən Marko Rubio ilə söhbətdə bunu bir daha təsdiqlədim”, – XİN rəhbəri yekunlaşdırıb.
Xatirə SADİQ











