Lavrov iordaniyalı həmkarı ilə Qarabağı müzakirə edibbackend

Lavrov iordaniyalı həmkarı ilə Qarabağı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

NOCOMMENT.az xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata görə nazirlər arasında bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında mövcud münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər habelə Suriya, İsrail – Fələstin arasındakı münasibətlər daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.