Lavrov: İrana laqeyd deyilikbackend

Lavrov: İrana laqeyd deyilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov İranla bağlı mövqelərini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, hazırda Rusiya nə İrana, nə İsrailə, nə də ABŞ-yə özünü vasitəçi kimi sırıyır:

“Biz indi İrana, İsrailə və ABŞ-yə vasitəçi kimi özümüzü sırımaq fikrində deyilik. Onlarla təmaslarımızda sadəcə mövcud vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımız və qonşumuzdur. Orada vəziyyətin necə inkişaf edəcəyi bizə laqeyd deyil. Xüsusilə də ona görə ki, bu vəziyyət təkcə İran üçün deyil, bütün Yaxın və Orta Şərq üçün partlayış təhlükəsi yaradır”.

Lavrov qeyd edib ki, regionda çox sayda “gec partlayan mina” mövcuddur:

“Orada elə çox sayda təhlükəli məqam var ki, onlar yalnız kimsə ehtiyatsız addım atmağı gözləyir. İranlılar və israillilər bilirlər ki, biz razılaşmalar əldə olunacağı halda, onların icrasına töhfə vermək üçün yenidən öz xidmətlərimizi təklif etməyə hazırıq. Ümid edirəm ki, bu razılaşmalar nə vaxtsa əldə olunacaq”.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva regionda gərginliyin artmasında maraqlı deyil və vəziyyətin diplomatik yollarla həllini dəstəkləyir.

Aliyə