İsrail-HƏMAS arasında atəşkəs razılaşması Yaxın Şərqdə sabitliyin əldə olunmasına heç bir təminat vermir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinlə Təhlükəsizlik Şurasının üzvləri arasında keçirilən görüşdə deyib.
“Bir tərəfdən İsrailin müqavilələri pozduğuna dair xəbərdarlıqlar eşidilir, İsrail isə HƏMAS-a imzaladıqları şeyi tam yerinə yetirmədikləri barədə xəbərdarlıq edir”, – diplomat öz mövqeyini izah edib.
Qeyd edək ki, yanvarın 16-da İsrail və HƏMAS 2023-cü ilin noyabrından bəri ilk atəşkəs sazişi imzalayıb. Razılaşmanın şərtlərinə görə, razılaşmanın ilk 6 həftəsində İsrail HƏMAS-ın azad etdiyi hər qadın İsrail əsgərinə görə 50 fələstinlinin, azad edilən hər mülki vətəndaşa görə isə 30 fələstinlinin həbsdən azad edilməsi müqabilində Həmasdan 33 girov alacaq.