Lavrov Kaya Kallasın G20-dəki çıxışını tragikomik adlandırıbbackend

Lavrov Kaya Kallasın G20-dəki çıxışını tragikomik adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyaya qarşı səsləndirdiyi ittihamları tragikomik adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Kaya Kallas burada G20-də adi ittihamlarla çıxış edib və guya Rusiyanı dünya düzənindəki layiqli yerindən məhrum edəcək bəzi planlar səsləndirib. Bunun müəyyən tragikomik tərəfi var”, – diplomat Cənubi Afrikada G20 xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında qeyd edib.