Lavrov KTMT-nin iclasında iştirak edəcəkbackend

Lavrov KTMT-nin iclasında iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ), Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“Noyabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək”, –

Onun sözlərinə görə, tədbir Qazaxıstan tərəfinin sədrliyi ilə Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının həmin gün planlaşdırılan növbəti sessiyasından əvvəl keçiriləcək.