Lavrov Latın Amerikası ölkələrinə səfər edəcəkbackend

Lavrov Latın Amerikası ölkələrinə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il fevralın sonunda Braziliyada keçiriləcək G20 xarici işlər nazirlərinin görüşü ilə əlaqədar Braziliya və bir sıra Latın Amerikası ölkələrinə səfər edəcəyini bildirib. 

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Mən yenidən Braziliyada olacağam. Fevralın sonunda orada G20 nazirlərinin görüşü olacaq. Bir sıra digər Latın Amerikası ölkələrinə də səfər etməyi planlaşdırırıq”, – deyə Lavrov bildirib.

Bundan əvvəl Sergey Lavrov Rusiya Federasiyasının yaxın çevrəsinə İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin daxil olduğunu bildirib.

Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Rusiya təkcə ikitərəfli kanallar vasitəsilə deyil, həm də ölkənin bir çox tərəfdaşları tərəfindən yaradılmış regional strukturlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır.