Lavrov Latın Amerikası turuna çıxıb – İlk dayanacağı Kuba oldubackend

Lavrov Latın Amerikası turuna çıxıb – İlk dayanacağı Kuba oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikası turunun ilk dayanacağı olan Kubaya gedib. Burada rusiyalı nazir Kuba prezidenti Miqel Diaz Kanel ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Lavrov yerli mətbuata bildirib ki, danışıqlar masasında “dünya nizamının demokratikləşdirilməsi zərurəti” məsələsi olub.

Tərəflərin fikrincə, Qəzzada münaqişəyə son qoymaq üçün dialoqa mane olan ABŞ-nin siyasətidir. Görüş zamanı, həmçinin, Rusiyanın BRICS qrupu ilə əlaqələrini genişləndirməkdə maraqlı olmasından danışılıb.

Xatırladaq ki, Lavrov G-20 xarici işlər nazirlərinin görüşü də daxil olmaqla bir neçə tədbirdə iştirak etmək üçün Venesuela və Braziliyaya da səfər edəcək.